AUT.AZ

Messi imtina etdi, “Barsa” başladı

Lionel Messi PSJ ilə yeni müqavilədən imtina edib və çox güman ki, mövsümün sonunda komandadan ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati “Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına görə, “Barselona” bu həftə 35 yaşlı futbolçu ilə mümkün qayıdışla bağlı danışıqlara başlayacaq. İspaniya klubu Messi ilə birbaşa danışıqlar apara bilər, çünki onun PSJ ilə müqaviləsinin bitməsinə altı aydan az vaxt qalıb.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” Messini geri qaytarmaq üçün müqaviləni maddi cəhətdən dəstəkləyəcək əsas sponsorlarla danışıqlar aparır.

Aut.az

Exit mobile version