AUT.AZ

Mənim dostlarım bir-birinə toxunmur: Bu, çirkin idi – FOTO

Joze Mourinyo “Roma”nın azarkeşlərindən “Sampdoriya”nın baş məşqçisi Deyan Stankoviçə hörmət göstərmələrini istəyib.

Aprelin 2-də Romada keçirilən və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatan matçın ikinci hissəsində “Roma” azarkeşləri Stankoviçi irqi zəmində təhqir etməyə başlayıblar.

Fanatlar ona qaraçı kökünün olduğunu xatırladıblar. Mourinyo azarkeşlərə müraciət edərək onlardan məşqçiyə hörmət göstərməyi xahiş edib.

“Mənim dostlarım bir-birinə toxunmur. Mən bunu böyük bir insan və böyük bir dost üçün etdim. Onun uşaqları və ailəsi var. Bu, çirkin idi”, – Mourinyodan Marca” sitat gətirib.

Deyan Stankoviç “İnter”də Joze Mourinyonun rəhbərliyi altında çıxış edib. 2009/2010 mövsümündə birlikdə trebl qazandılar.

Aut.az

Exit mobile version