AUT.AZ

Levandovskinin arvadı Ronaldonun sevgilisi haqda elə söz dedi ki… – FOTO

“Barselona”nın super ulduzu Robert Levandovskinin həyat yoldaşı Anna Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges haqda danışıb.

Anna və Robert Levandovski Corcina Rodrigesin “Mən Corcinayam” sənədli serialının ikinci hissəsində görünüblər. “Onet WojewódzkiKędzierski” podkastında Anna Corcina ilə qarşılıqlı münasibətlərindən danışıb.

“Biz salamlaşdıq və bir az söhbət etdik. Corcina körpəsini yeni itirdiyi üçün o zamanlar onun haqqında çox danışılırdı. Sonra Qətərdə görüşdük, eyni oteldə yaşadıq. Şirin qızdır. Biz bir-birimizi tanıyırıq, bir neçə dəfə müxtəlif futbol tədbirlərində görmüşük”.

Anna ilə Corcina ilə ilk dəfə 2022-ci ildə Kannda tanış olub və o vaxtdan bəri qızların yolları bir neçə dəfə kəsişib.

Aut.az

Exit mobile version