AUT.AZ

Gizlində ona bu ləqəbləri veriblər

“Çelsi”nin futbolçuları “aristokratlar”ın keçmiş baş məşqçisi Qrem Potterə gizli ləqəb veriblərmiş.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ingilis mütəxəssisin zəif nəticələr qarşısında yumşaqlığı bəzi futbolçuların xoşuna gəlsə də, amma formadan düşmələri futbolçuların məşqçiyə münasibətinin dəyişməsinə təsir edib. Komandada Potterə “Harri” və “Hoqvarts” kimi oynaq ləqəblər verilib.

Potter İngiltərə Premyer Liqasının 29-cu turunda “Aston Villa”ya məğlubiyyətdən (0:2) sonra qovulub. “Çelsi” bu mövsüm Premyer Liqada 28 oyundan sonra 38 xalla 11-ci yerdədir. Komanda Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşacaq.

Aut.az

 

Exit mobile version