AUT.AZ

“Fənərbağça” baş məşqçi ilə bağlı qərar verdi

Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Jorji Jezuşla bağlı qərar verib.

Aut.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandadakı işini davam etdirəcək.

Klubun bazasında İstanbul təmsilçisinin prezidenti Ali Koçla görüşən 69 yaşlı baş məşqçi istefaya göndərilməyəcək. O, Türkiyə Kubokunda “Kayserispor”a qarşı oyunda komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, “Fənərbağça” ötən tur evdə “Beşiktaş”a 2:4 hesabı ilə uduzub. Həmin məğlubiyyətdən sonra Jorji Jezuşun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Exit mobile version