AUT.AZ

Bu 3 futbolçu yayda gedəcək

Bu yay 3 futbolçu “Liverpul”u tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. Onun sözlərinə görə, bunlar yarımmüdafiəçilər Nabi Keyta, Aleks Oksleyd-Çemberlen və Artur Melodur.

Keyta və Oksleyd-Çemberlenin müqavilələri mövsümün sonunda başa çatır və yenilənməyəcək. Artur “Liverpul”da icarə əsasında oynayırdı və yayda “Yuventus”a qayıdacaq.

Mart ayında “İnter”in Keytanı ​​pulsuz transfer etməkdə maraqlı olduğu haqda məlumat yayılmışdı.

Aut.az

Exit mobile version