AUT.AZ

Azarkeşlərdən üzr istədi

“Beşiktaş”ın futbolçusu Vinsent Abubakar Super Liqanın XXVII turunda “Fənərbağça”nı məğlub etdikləri oyundan (4:2) sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, oyunun ilk hissəsində rəqib azarkeşlərlə mübahisə edən kamerunlu hücumçu fanatlardan üzr istəyib:

“Bura qazanmaq üçün gəlmişdik. Bu haqda çox danışmışdıq, hər birimiz inanırdıq. “Beşiktaş”ı layiq olduğu zirvəyə daşımaq istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Futbolda bəzən emosional hadisələr olur. Fanatlarla qısa mübahisə yaşadım. “Fənərbağça” azarkeşlərindən üzr istəyirəm”.

Exit mobile version