AUT.AZ

8 matçlıq cəza

“Fulhem”in hücumçusu Aleksandar Mitroviçə ağır cəza verilib.

Aut.az xəbər verir ki, İngiltərə Futbol Federasiyalı serbiyalı forvardı 8 oyunluq cəzalandırıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Oyunçu həmçinin 75 min funt-sterlinq məbləğində cərimələnib.

28 yaşlı forvardın cəzalanmasına səbəb ölkə kubokunun “Mançester Yunayted”də matçındakı (1:3) davranışları olub. Serbiya millisinin üzvü həmin görüşdə baş hakimə sərt etiraz edib, onun ünvanına tərqidedici ifadələr səsləndirib.

Mitroviçin cəzası ölkədaxili bütün yarışlara aiddir. O, Premyer Liqanın 29-cu turunun “Bornmut”la qarşılaşmasını buraxmışdı. Təcrübəli futbolçu yalnız Premyer Liqanın son iki turunda komandasına kömək edə biləcək.

Exit mobile version