AUT.AZ

70 milyon və ukraynalını verir ki…

“Arsenal”ın ukraynalı yarımmüdafiəçisi Aleksandr Zinçenko karyerasını “Milan”da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Arsenal” “Milan”ın sol cinah müdafiəçisi Teo Hernandeslə maraqlanır. Onun üçün “topçular” 70-80 milyon avro və sol cinah müdafiəçilərindən birini – Aleksandr Zinçenko və ya Kieran Tierni təklif etməyə hazırdır.

Milanın Ernandesi buraxmağa razı olacağına şübhələr var. Klub 25 yaşlı fransızla müqaviləni uzatmağı planlaşdırır.

Aut.az

Exit mobile version