AUT.AZ

100 il sonra: Olimpiya Oyunları yenə də orada?

Berlin 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd ola bilər.

Bildirilir ki, belə bir təşəbbüs Almaniya Sosial Demokrat Partiyası ilə Xristian Demokrat İttifaqı arasında koalisiya sazişi layihəsində var.

Bildiyiniz kimi, 1936-cı ildə Berlin Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Xatırlayırıq ki, o zaman Adolf Hitlerin nasist rejimi ölkədə güclənirdi.

Bundan əvvəl bildirilmişdi ki, 2036-cı il Oyunlarına ev sahibliyi etməyə Hindistan, Misir, Böyük Britaniya, İndoneziya  və Meksika iddialıdır.

Aut.az

 

Exit mobile version