AUT.AZ

Ukrayna yığması məşhur xorvata tapşırılır?

Tanınmış xorvatiyalı mütəxəssis Slaven Biliç Ukrayna millisinə rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabritsio  Romano məlumat verib.

“UAF qaçılmaz məşqçi dəyişikliyi ilə bağlı qərar verərsə, Slaven Biliç Ukrayna millisinə əsas namizəddir. Tərəflər arasında danışıqlar planlaşdırılır. Biliç “Uotford”dan ayrıldıqdan sonra işsizdir”, – Romano yazıb.

Xatırladaq ki, Ukrayna millisi ötən ilin sonunda Aleksandr Petrakovun gedişindən sonra baş məşqçisiz qalıb. İndi milliyə müvəqqəti olaraq Ruslan Rotan rəhbərlik edir.

Aut.az

Exit mobile version