AUT.AZ

Sadıqov Spartakı qovdu

Spartak Qoqniev “Ximki”nin baş məşqçi postunu tərk edib.

Aut.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında  məlumat yayılıb.

Bildirilir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Klub rəhbərliyinə göstərdikləri etimada və Premyer Liqa klubunu çalışdırmaq fürsətinə görə təşəkkür etmək istəyirəm. “Ximki”yə bütün qəlbimlə uğurlar, firavanlıq və qarşıya qoyulan vəzifələrin həllini arzulayıram”, – deyə Qoqniyevin bildirib.

Onu müvəqqəti olaraq Rinat Bilyaletdinov əvəz edəcək.

Qeyd edək ki, “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

Aut.az

Exit mobile version