AUT.AZ

Qovublar, amma özünün xəbəri olmayıb: Xizək sürürmüş

“Bavariya”  rəhbərliyi Yulian Naqelsmanna istefaya göndərildiyi haqda məlumat vermək üçün onunla əlaqə yarada bilməyib.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Martın 23-ü axşam saatlarında “Bild” jurnalistləri Yulianın  istefaya göndərildiyi xəbərini əldə edən kimi onun nümayəndələri ilə əlaqə saxlayıblar. Onlar bildiriblər ki, bu barədə heç nə eşitməyiblər.

Belə təəssürat yaranıb ki, istefaya göndərildiyi haqda mütəxəssisə məlumat verilməyib. Daha sonra Münhen klubundakı mənbələr bildiriblər ki, həmin gün rəhbərlik Naqelsmannla əlaqə saxlamağa çalışsa da, Avstriyada dağ-xizək kurortunda istirahət edən məşqçi zənglərə cavab verməyib.

Ancaq elə həmin gün axşam saatlarında “Bavariya”nın nümayəndələri Naqelsmannla əlaqə yaradaraq ona bildiriblər ki, təcili Almaniyaya qayıtsın. Ertəsi gün 35 yaşlı mütəxəssisə işdən çıxarılması barədə şəxsən məlumat verilib.

Aut.az

Exit mobile version