AUT.AZ

Qovdular

“Real Madrid”ə biabırçı məğlubiyyətdən sonra (0:6) “Valyadolid” klubu baş məşqçisini istefaya göndərib.

Aut.az xəbər verir ki, La Liqa klubu ayrılığı mətbuat xidməti vasitəsilə elan edib.

2021-ci ilin iyulundan söğzügedən komandanı çalışdıran Paçeta ilə yollar ayrılıb. Baxmayaraq ki, o, ötən mövsüm komandanı La Liqaya çıxarmağı bacarıb.

Karyerasının ərzində “Elçe”, “Hueska” və “Korona” klublarını çalışdıran Paçetanın xələfinin kim olacağı hələlik bəlli deyi. “Valyadolid” növbəti turda “Malyorka” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Valyadolid” hazırda La Liqada turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Exit mobile version