AUT.AZ

Döyüşdən sonra niyə dalaşıblar?

Amerikalı ağır çəkili boksçu Cermeyn Franklin Entoni Coşua ilə döyüşdən sonra niyə dalaşdıqlarını açıqlayıb.

“Biz bir neçə kəlmə danışdıq, amma əslində Coşuanın komandası ilə əl sıxmaq üçün onun küncünə getməyə çalışdım. Amma o, arxasını çevirdi və aranı qatmağa çalışdı. Nəticədə vəziyyət gərginləşdi. Bu, boksdur, burada hamımız həmişə müharibəyə hazırıq.

Bu hadisə haqqında çox danışmaq istəmirəm, amma həqiqətən də böyük davaya çevrilə bilərdi. Yaxşı ki, dava başlamadan bizi ayırdılar.

Əvvəlcə onun dediklərini eşitmədim, amma Coşua döyüş zamanı bir-birimizə dediyimiz sözlərdən yapışaraq boş-boş danışmağa davam etdi. Onun nə dediyini başa düşəndən sonra reaksiya verdim”, – deyə Franklin bildirib.

Qeyd edək ki, Coşua hakimlərin yekdil qərarı ilə qalib gəlib (118-111, 117-111, 117-111).

Aut.az

 

Exit mobile version