AUT.AZ

Bilirsiniz onu niyə qovmurlar? – Özü açıqladı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp uğursuzluğa baxmayaraq istefaya göndərilməməsinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, alman mütəxəssis keçmiş nailiyyətlərinə görə hələ də postunda qaldığını deyib:

“Bu mövsüm gördüyümüz işlərə görə deyil, keçmişə görə burada oturduğumun fərqindəyəm. Amma belə şeyə güvənmək məcburiyyətində qalmağı da xoşlamıram.

Bilmirəm doğru yanaşmadır, ya yox, bu barədə gələcəkdə biləcəyik. Bu, mənim ilk mövsümüm olsaydı, hər şey bir az fərqli olardı. Vəziyyəti başa düşən ağıllı idarəçilərimiz var”.

Aut.az

Exit mobile version