AUT.AZ

“Barsa”, “Yuve”, “Real” – Hələ onları belə ələ salan olmamışdı

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasının yaradıcıları haqda danışıb və onları vicdanlı olmamaqda ittiham edib.

“Bu layihə hələ də yalnız qəzetlərdə dərc olunan məqalələr və müəyyən maraqlı tərəflərin eqoları naminə inkişaf mərhələsindədir. UEFA ilə danışıqlar olacağı təqdirdə mövqelərini gücləndirmək üçün nəsə etməyə çalışırlar, amma başa düşmürlər ki, müzakirə olunacaq bir şey yoxdur.

Mən onların A22 Sports agentliyinin əməkdaşları ilə görüşməyə razılaşdım, klubların və fan icmalarının nümayəndələrini çağırmağı təklif etdim. Karl-Haynts Rummenigge bunu dəqiq təsvir etmişdi: “Sizin üçün bu, Vaterloo olacaq”.

“Yuventus”la bağlı hekayə lazım olduğu kimi bitdi, hər şey səhv idi. Qeyd edim ki, bütövlükdə klublara, o cümlədən Superliqa ideyasına qoşulan hər bir kluba hörmətim var. Onlar,  liderlərinin təşəbbüslərindən üst səviyyədə olan böyük klublardır. Klub rəhbərliyi səhv qərarlar qəbul edərsə, bu o demək deyil ki, mən bütövlükdə klubun əleyhinə olacam.

Amma maraqlısı budur ki, futbolun xilaskarı olmaq iddiasında olan 3 klubdan biri büdcə saxtakarlığına, digəri hakimlər komitəsinin rəhbərlərindən birinə pul köçürdüyünə görə məsuliyyətə cəlb olunub. Görək üçüncü klubla bağlı nəsə olacaqmı?

Onların futbolu necə xilas edəcəklərini görmək maraqlı olacaq”, – deyə Aleksander Çeferin bildirib.

Aut.az

 

Exit mobile version