AUT.AZ

24 yaşlı futbolçunu günün günorta çağı öldürdülər

İspaniyanın “Çipiona” klubunun 24 yaşlı futbolçusu Fransisko Naval Peres günorta saatlarında Kadisdə bıçaqlanaraq öldürülüb.

Polis Pako Naval ləqəbli futbolçunun İspaniyanın cənubunda “təsadüfi hücum” nəticəsində öldürüldüyünü bildirib. Bundan sonra 20 yaşlı şübhəli həbs edilib.

Peres, şənbə günü günorta saat 14:00 radələrində Kadisdə sinəsindən bıçaqlandıqdan sonra bazar günü – aprelin 2-də xəstəxanada ölüb.

Adı açıqlanmayan 20 yaşlı şübhəli polis nəzarətindədir. İspaniya Mülki Qvardiyasının bildirdiyinə görə, o, heç bir səbəb olmadan bıçaqla futbolçunun sinəsindən bıçaqlayıb.

Səlahiyyətlilər həmçinin bildiriblər ki, şübhəli ilə qurban arasında heç bir məlum əlaqə yoxdur və hücumun təsadüfən baş verdiyi görünür.

“Real” da daxil olmaqla bir çox futbol klubları tərəfindən başsağlığı verilib.

Aut.az

Exit mobile version