AUT.AZ

Yazıq Puyol, bir-iki dəfə harasa gedib, onda da…

Jerard Pike karyerasının əvvəllərində əylənməyi xoşladığını bildirib.

“Qvardiola ilə əla münasibətimiz var idi, lakin onun son mövsümündə bir qədər gərginlik yarandı. 22 yaşım olanda az qala bütün günü əyləncəyə vaxt ayırırdım. Təkcə oyun ərəfəsində və oyun günü heç yerə çıxmadım.

Karles Puyol 11 il klubda oldu və heç vaxt əyləncə üçün çölə çıxmadı.  Sonra iki-üç dəfə harasa getdi, şayiələr yayıldı ki, filan şeyləri edir. Ondan sonra heç yerə çıxmadı”, – 36 yaşlı keçmiş futbolçu “Jijantes”ə müsahibəsində deyib.

Pike “Barselona”nın yetriməsidir.  2004-2008-ci illərdə “Mançester Yunayted”ə məxsus olub, həmçinin icarə əsasında “Saraqosa”da çıxış edib. 2008-ci ildə 21 yaşında “Barsa”ya  qayıdıb.

Aut.az

Exit mobile version