AUT.AZ

Yalnız “Barsa” və “Napoli”

Top liqalarda heç kim səfərdə “Barselona” və “Napoli” qədər qələbə qazana bilməyib.

Aut.az xəbər verir ki, Xavinin komandası La Liqanın 27-ci turunda səfərdə “Elçe”ni darmadağın edib (4:0). İndi kataloniyalıların hesabında İspaniya çempionatında səfərdə qazanılan 12 qələbə var.

Avropanın ən yaxşı 5 liqasında iştirak edənlər arasında yalnız “Napoli” səfərdə bu qədər qələbə qazanıb – A Seriyasında neapolluların da səfərdə 12 qələbəsi var.

“Barsa” növbəti dəfə səfərdə aprelin 16-da “Xetafe” ilə oynayacaq.

Aut.az

Exit mobile version