AUT.AZ

UEFA “siyasi oyuncağ”a çevrilir – Belarusu da…

Belarus millisi yaxın vaxtlarda Avro-2024-ün seçmə mərhələsindən kənarlaşdırıla bilər.

“Belarusdakı vəziyyət həqiqətən də aprelin 4-də UEFA-nın İcraiyyə Komitəsində müzakirə olunacaq”, – Avropa Futbol Assosiasiyaları İttifaqının mətbuat xidmətindən TASS-a bildiriblər.

Bundan əvvəl Avropa Parlamentinin 100-dən çox deputatı UEFA-ya müraciət edərək Belarusda insan hüquqlarının pozulması ilə əlaqədar bu ölkənin yığmasını Avropa çempionatının seçmə mərhələsindən uzaqlaşdırmağı tələb edib.

Hazırda Belarus komandalarına evdə oynamağa icazə verilmir. Onlar Avropa yarışlarında Ukrayna klubları ilə qarşılaşa bilməzlər. Amma Rusiyadan fərqli olaraq, Belarus klubları və millisi UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılmayıb, beynəlxalq yarışlarda iştirak edirlər.

İsveçrə, İsrail, Rumıniya, Kosovo və Andorra Avro-2024-ün seçmə mərhələsində Belarusla eyni qrupda yer alıblar.

Aut.az

Exit mobile version