AUT.AZ

“Real”ın tarixində belə futbolçu olmamışdı

Real”ın hücumçusu Kərim Benzema klub tarixində 11 mövsümdə 20 qol həddinə çatan ilk futbolçu olub.

Xatırladaq ki, La Liqanın 27-ci turunun bu gün – aprelin 2-də başa çatan “Valyadolid”lə oyununda (6:0) Benzema ilk hissədə 7 dəqiqə ərzində het-trik edib. O, bu mövsüm bütün yarışlarda vurduğu qolların sayını 22-yə çatdırıb.

Benzema 10 mövsümün hər birində  “Real”da ən azı 20 qol vuran Alfredo di Stefano və Raul ilə rekorda şərik indi. İndi isə mütləq rekordçudur.

Həmçinin qeyd olunur ki, Benzema 1992-ci il aprelin 19-dan bəri La Liqa matçlarında “Real”da ən sürətli het-trikin müəllifi olub. Həmin vaxt Fernando Yerro altı dəqiqə ərzində “Espanyol”un qapısına üç qol vurmuşdu. Bugünkü matçda üç qol vurmaq üçün fransıza cəmi yeddi dəqiqə lazım olub – o, 29, 32 və 36-cı dəqiqələrdə fərqlənib.

Aut.az

Exit mobile version