AUT.AZ

Qovuldu

“Lester” baş məşqçisi Brencan Rocersi istefaya göndərib.

Aprelin 1-də komanda son 7 oyunda altıncı məğlubiyyətini alıb, “Kristal Pelas”a uduzub.

Rocers 2019-cu ildən komandanı çalışdırırdı. Onun ən böyük nailiyyəti İngiltərə Kubokunun qalibi olmaqla yanaşı, iki mövsüm çempionatı ilk “beşlik”də bitirməsidir.

O, “tülkülər” Premyer Liqada mövsümə on turdan sonra yeddi məğlubiyyətlə başlayanda işdən çıxarıla bilərdi, lakin klub Rocersə şans verdi və sonra məşqçi vəziyyəti sabitləşdirdi.

“Lester” hazırda 25 xalla 19-cu yerdədir.

Aut.az

Exit mobile version