AUT.AZ

Orucunu pozmadı – Bakıya gələn məşqçi cəzalandırdı

“Nant”ın baş məşqçisi Antuan Komboire futbolçunu orucunu pozmadığı üçün cəzalandırıb.

Aut.az xəbər verir ki, Komboire Jauan Hacamidən tələb edib ki, “Reyms”lə oyun günü oruc tutmasın. Amma futbolçu bundan imtina edib.

Belə olan təqdirdə məşqçi onu heyətdən uzaqlaşdırıb. Bu barədə “Barstool Football” məlumat yayıb.

Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında baş tutacaq matçlarda müsəlman futbolçular üçün iftar fasiləsi verilməsinə qarşı çıxıb. Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə pauzaların tətbiqi qərara alınıb.

Müqəddəs Ramazan ay aprelin 21-də başa çatacaq.

Qeyd edək ki, “Nanat” Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer almışdı. Bakıda keçirilən oyunda “köhlən atlar” 3:0 hesabı ilə qalib gəlmişdi.

Aut.az

Exit mobile version