AUT.AZ

Onları Romaya buraxmayacaqlar

Aprelin 20-də Romada Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Roma” “Feyenoord”u qəbul edəcək.

İtaliya paytaxtının hakimiyyət orqanları qonaqların azarkeşlərinə matçın biletlərinin satışını qadağan edib. Onlar nə qonaq, nə də “Stadio Olimpico”nun digər sektorlarına bilet ala bilməyəcəklər.

Bu qərara səbəb 2015-ci ildə “Feyenoord” azarkeşlərinin törətdikləridir. Həmin il Avropa Liqasında “Roma” Niderland klubu ilə qarşılaşmışdı və “Feyenoord” azarkeşləri şəhərdə ictimai asayişi pozaraq tarixi abidəni – 17-ci əsrə aid Barkaçça  fəvvarəsini zədələmişdilər.

Dəymiş ziyanın aradan qaldırılmasına külli miqdarda vəsait xərclənmişdi və Hollandiya hökuməti öz vətəndaşlarının davranışına görə üzr istəmişdi.

Aut.az

Exit mobile version