AUT.AZ

Messi bu kuboku da qazanmalıdır – Hər şey edəcəklər ki…

“Nyuells Old Boyz”un prezidenti Lionel Messini transfer edəcəklərinə inanır.

“Biz bu arzunu gerçəkləşdirməyə çalışacağıq. Buradakı insanlar ona öz ehtiramlarını bildirməlidirlər.

KONMEBOL prezidenti Alexandro Dominqes bildirib ki, Messi Libertadores kubokunu qazanmalıdır. Bundan sonra onunla əlaqə saxladım və dedi ki, Messinin bu turnirdə oynamaq arzusunu gerçəkləşdirmək üçün birlikdə çalışmaq lazımdır. Bunun üçün hər şeyi edəcəyik.

Messini “Nyuellsə” gətirməyə 100% sadiqik. Bu hər kəsin arzusudur. Bütün argentinalı və hətta amerikalı azarkeşlər onun bura köçməsini istəyir.

“Nyuells” qitənin ən populyar klubu olacaq. Bunun baş verib-verməyəcəyini zaman göstərəcək. Amma nə qədər lazımdırsa, onu gözləyəcəyik”, – Pablo Alleqri “La Red Rosario”ya deyib.

Aut.az

Exit mobile version