AUT.AZ

Mahir oynadı?

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” bu gün Super Liqada növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, Konya təmsilçisi XXVI turda səfərdə “Ümraniyespor”la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.

Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 67-ci dəqiqədə əvəzlənib.

“Konyaspor” çempionatda 35 xalla 8-ci sıradadır. “Ümraniyespor” isə 23 xalla 17-ci pillədə qərarlaşıb.

Exit mobile version