AUT.AZ

İlk təklifi rədd edib – İki İtaliya nəhəngi şirniklənib

“Roma” və “Yuventus” “Mançester Yunayted”in qapıçısı David De Xea ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

De Xeanın “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır. 32 yaşlı ispaniyalı yeni müqavilə ilə bağlı ilk təklifi rədd edib.

Buna baxmayaraq, De Xeanın prioriteti “Mançester Yunayted”lə  müqavilənin uzadılmasıdır.

“Roma” və “Yuventus”dan başqa, PSJ də ispan qapıçıya maraq göstərir, lakin Parisdə əsas heyətdə yer alacağını De Xeaya  zəmanət vermirlər.

Aut.az

Exit mobile version