AUT.AZ

Futbolun daha maraqlı olması üçün təklif: Davaya icazə verilsin

Rusiyalı boksçu, yüngül çəkidə WBA çempionu Dmitri Bivol “Zenit” – “Ural” qarşılaşmasını izlədikdən sonra fikirlərini bildirib.

– Bu, nokaut idi, yoxsa xal hesabı ilə qələbə?

– Xeyr, təbii ki, bu, xal hesabı ilə qələbə idi.

– Xokkeydəki kimi davalara icazə verilsəydi, futbol daha maraqlı olardı?

– Bəli, yəqin ki – Bivol “Zenit”in mətbuat xidmətinə müsahibəsində deyib.

Qeyd edək ki, bu qarşılaşmada “Zenit” 2:0 hesabı ilə qalib gəlib.

Dmitri Bivol peşəkar boksda 21 döyüş keçirib və 21 qələbə qazanıb. Onun növbəti rəqibi hələ müəyyənləşməyib.

Aut.az

Exit mobile version