AUT.AZ

Dünən hamıya açıq şəkildə bildirib: 2034-cü ilə qədər…

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Real Valyadolid” üzərində inamlı qələbədən (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis gələcəyi ilə bağlı da danışıb. Daha əvvəl mətbuatda italiyalı mütəxəssisin mövsümün sonunda klubdan ayrılacağı barədə məlumatlar yayılmışdı. Onun karyerasını Braziliya millisində davam etdirəcəyi bildirilir.

“Düşünürəm ki, bu gündən mövsümün son mərhələsi başlayır  və hər şey keçən ilki kimidir. Əvvəlcə çox zəif göründük, lakin hücumçularımız çox təsirli və güclü idi.

Dünən hamıya açıq şəkildə bildirdim ki, yaxın iki ayda gələcəyim haqqında danışmayacağam. Müqaviləmin müddəti 2024-cü ildə başa çatır və onu sona qədər başa vurmağı planlaşdırıram. Əgər bundan sonra “Real” məndən razı qalacaqsa… yaxşı, 2034-cü ilə qədər burada olacağam”, -deyə “Marca” Ançelottidən sitat gətirir.

Aut.az

Exit mobile version