AUT.AZ

Coşua qayıtdı, qazandı və dava saldı – VİDEO

Aprelin 1-i axşam, Londonun O2 Arenasında böyük boks gecəsi keçirilib.

Məşhur britaniyalı boksçu Entoni Coşua rinqə qayıdıb. Onun rəqibi amerikalı Jermeyn Franklin olub.

Entoni gücündən istifadə edərək döyüşün tempini diktə edib və üstünlüyü getdikcə artıb. Jermeyn bütün zərbələrə dözüb, mübarizəni sona çatdırmağa çalışıb.

Son raundlarda Coşuanın nəzərəçarpacaq üstünlüyü olub və Franklinin yorulduğu nəzərə çarpıb.  Döyüş planlaşdırılan 12 raundun sonuna kimi davam edib və bütün hakimlər haqlı olaraq britaniyalıya üstünlük veriblər.

Döyüş başa çatdıqdan sonra boksçular arasında dava düşüb. Bəzi boks həvəskarları bu anın əvvəlki 12 raunddan daha maraqlı olduğunu qeyd ediblər.

Aut.az

Exit mobile version