AUT.AZ

Potter qovuldu,”Çelsi” müvəqqəti olaraq ona tapşırıldı

İngiltərə Premyer Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Aut.az xəbər verir ki, Qrem Potter “Çelsi”dən qovulub.

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

“Çelsi” komandanın uğursuz çıxışına görə baş məşqçi ilə yolları ayırıb.

Komanda müvəqqəti olaraq Bruno Saltora tapşırılıb. 47 yaşlı Potter 2022-ci ilin sentyabrında alman Tomas Tuxeli baş məşqçi postunda əvəzləyib. Onun müqaviləsi 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulmuşdu.

“Təqaüdçülər” dünən keçirilən oyunda “Aston Villa”ya məğlub olmuşdu – 0:2.

“Çelsi” 38 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb.

Aut.az

 

Exit mobile version