AUT.AZ

Bu ölkə yığmasının sabiq qapıçısı elan etdi: Messi tezliklə gəlir

PSJ və Argentina millisinin hücumçusu Lionel Messi MLS-ə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə ABŞ millisinin keçmiş qapıçısı, hazırda MLS-in analitiki Şip Messinq məlumat verib.

Messinq “MLS 360” şousunun efirində deyib: “Messinin MLS-ə keçidi baş verəcək və bu, tezliklə baş verəcək”.

Daha əvvəl bildirilmişdi ki, 35 yaşlı argentinalı liqa klublarından birinə keçməyə qərar verərsə, bütün MLS klubları Messinin maaşının bir hissəsini ödəməyə hazırdır.

Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır. Bu yaxınlarda “Barselona”nın vitse-prezidenti Rafael Yuste Kataloniya klubunun argentinalının mümkün qayıdışı ilə bağlı Messi ilə əlaqə saxladığını bildirib.

Aut.az

Exit mobile version