AUT.AZ

Avstraliyada Ferstappen qazandı, “Ferrari” üçün “qara gün”

Avstraliyada Formula 1 mövsümünün üçüncü Qran Prisi keçirilib.

Yarışın qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. Lyuis Hemilton və Fernando Alonso ilk 3-lükdə qərarlaşıb.

Avstraliya Qran Prisinin nəticələrinə görə, sürücülərin sıralamasında Maks Ferstappen, mühəndislərin yarışında isə  “ Red Bull” liderliklərini davam etdirirlər.

Avstraliyada mühəndislərin yarışında “Ferrari” bir xal da qazana bilməyib. Bu mərhələdən sonra xal qazana bilməyən komanda qalmayıb.

Pilotların sıralaması:

  1. Maks Ferstappen (Red Bull) – 69
  2. Serxio Peres (Red Bull) – 55
  3. Fernando Alonso (Aston Martin) – 45
  4. Lyuis Hemilton (Mercedes) – 38
  5. Karlos Sayns (Ferrari) – 20

Mühəndislərin sıralaması:

  1. Red Bull – 124
  2. Aston Martin – 65
  3. Mercedes – 56
  4. Ferrari – 26
  5. McLaren – 12
  6. Alpin – 8
  7. Haas – 7
  8. Alfa Romeo – 6
  9. Alfa Tauri – 1
  10. Williams – 1

Aut.az

Exit mobile version