AUT.AZ

12 min cərimə: üstəlik, bütün komandaya şam yeməyi

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiolanın Kataloniya klubunda işlədiyi zaman onu necə cərimələdiyini açıqlayıb.

“Peplə inanılmaz münasibətimiz var idi, lakin onun son ilində aramızda bir az daha gərginlik yaşandı. Hər yeni il gecəsi Pucserdedə olurdum… Soyuq idi və həmişə qısaqol geyinərdim. Ona görə də hər il yanvarın 2-də tonzillit keçirirdim, boğazım şişirdi. O, bundan əsəbiləşdi, məni Tenerifedəki oyundan kənarda qoydu və hətta səfərə də aparmadı”, – Pike deyib.

Pike əlavə edib ki, Qvardiola onu 12 min avro cərimələyib və bütün komanda üçün şam yeməyi təşkil etməyə məcbur edib.

Pike “Barsa”nın heyətində 616 oyun keçirib, 53 qol vurub və 15 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version