AUT.AZ

100 milyonluq oyunçu qol vura bilmir, filosofluq edir – FOTO

Şənbə günü, aprelin 1-də futbol üzrə İngiltərə çempionatının 29-cu turunda “Çelsi” – “Aston Villa” matçı baş tutub. Oyun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Ukraynalı sol cinah müdafiəçisi Mixail Mudrik “təqaüdçülər”in start heyətində meydana çıxıb və 57 dəqiqə meydanda olub. Bu müddətdə Mixail iki super şans əldə edib, amma fərqlənə bilməyib.

Görüş başa çatdıqdan sonra Mudrikin “İnstaqram”dakı fan hesabı oyunçunun fotosu ilə paylaşım edib və belə yazıb:

“Həmişə öyrənmək üçün bir şey var, həmişə inkişaf etmək istəyi var.”

Premyer Liqanın cari mövsümündə ukraynalı cinah oyunçusu “Çelsi” forması ilə 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version