AUT.AZ

Zəlzələyə görə Türkiyədən ayrıldı

“Kayserispor” futbolçusu Qustavo Kampanyaro ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqa təmsilçisi fevralın 6-da baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Braziliyaya getmək istəyən yarımmüdafiəçinin müqaviləsini qarşlıqlı razılaşma əsasında ləğv edib.

Kampanyaro bu mövsüm Super Liqada 24 oyuna çıxıb.

Exit mobile version