AUT.AZ

“Yunayted” və PSJ-yə yox, bu kluba keçmək istəyir

“Ayntraxt”ın hücumçusu Randal Kolo Muani karyerasını “Bavariya”da davam etdirmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Sport1” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Bavariya” fransızın xəyal etdiyi klubdur. Kolo Muani “Mançester Yunayted” və ya PSJ-yə yox, “Bavariya”ya keçmək istəyir. Futbolçunun bu istəyi həm Bundesliqada oynamağı xoşlaması, həm də “Bavariya”nın ambisiyasına heyran olmasından irəli gəlir.

Münhen komandasında çoxlu sayda fransızdilli oyunçuların olması da onun qərarına təsir edir.

Kolo Muaninin “Bavariya”ya transferini daha az ehtimal edən vəziyyət, “Ayntraxt”ın oyunçusu üçün tələb etdiyi təzminat məbləğidir. Frankfurt klubu fransız futbolçuya görə 100 milyon avro almaq istəyir.

Aut.az

Exit mobile version