AUT.AZ

Uduzan komandanı belə qorxutdular, son dəqiqədə qələbə qazandılar – FOTO

Martın 31-də Misirin “Zəmələk” klubu Afrika Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Sudanın “Əl-Merreyx” klubu ilə qarşılaşıb.

“Zəmələk” iki erkən qol vursa da, lakin 56-cı dəqiqədə artıq hesabda geridə idilər – 2:3. Təbii ki, belə durum azarkeşləri qane etmirdi və onlar qəzəblərini mümkün qədər açıq şəkildə ifadə etməyə qərar verdilər.

Fanatlar tribunalarda “qəzəbli gülüş” formasında əyləşiblər və bu görüntü dərhal sosial şəbəkələrdə yayılıb.

Maraqlıdır ki,  bundan sonra misirlilər daha iki qol vurublar. Qələbə qolu qarşılaşmaya artırılmış 4-cü dəqiqədə vurulub.

Amma 4:3 hesablı qələbə də “Zəmələk”ə kömək etmədi – komanda qrupda üçüncü yeri tutdu və pley-offa vəsiqə qazana bilmədi.

Aut.az

Exit mobile version