AUT.AZ

Taktika budur: Təslim olana qədər sıxaraq boğmaq

“Barselona”nın prezidenti Joan Laporta Neqreyra məsələsi haqda danışıb.

“Onların heç nələri yoxdur. Yeganə məqsəd bizim reputasiyamıza, ləyaqətimizə xələl gətirməkdir.

“Barselona” ilə oynamağa dəyməz. 123 il ərzində biz dəyərlər, öhdəlik, məsuliyyət, dürüstlük və ədalətli oyun nümayiş etdirmişik. Futbolu, idmanı, həyatı belə başa düşürük.

Taktika, təslim olana qədər bizi sıxaraq boğmağa çalışmaqdır. Mən buna icazə verməyəcəyəm. “Barsa”nı son damla qanımıza qədər müdafiə edəcəyik.

“Barsa” həmişə meydanda oyunçuların səyi, istedadı, bacarığı və fədakarlığı sayəsində qalib gəlib. İnsanları, bizim belə iş tutacağımıza inandıracaq vəziyyət heç vaxt olmayıb.

Klubumuzun reputasiyasını ləkələyən kampaniyaya start verilməsi təsadüfi deyil.

Sizdən həmrəy olmağınızı, gerbimizi, mahiyyətimizi, varlıq modelimizi qorumağınızı xahiş edirəm”, – Laporta Əndəlüsdə keçirilən 14-cü “Barselona” Fanat Konqresində deyib.

Aut.az

Exit mobile version