AUT.AZ

Şantaj edir: Ya Superliqa layihəsindən çıxın, ya da…

UEFA Superliqa layihəsindən imtina müqabilində dələduzluq işində “Yuventus”a kömək etməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. UEFA Avropa səviyyəsində maliyyə araşdırması çərçivəsində “Yuventus”a kömək etməyə hazırdır. Təşkilat bunu yalnız o halda edəcək ki, “Yuve” Avropa Superliqası layihəsindən çıxdığını elan etsin.

Təxminən iki il əvvəl elan edilən yeni turnirin ideya müəlliflərindən biri də “Yuventus”un sabiq prezidenti Andrea Anelli olub. Layihənin formal iştirakçıları arasında yalnız “Yuventus”, “Real” və “Barselona” qalıb.

Mənbənin sözlərinə görə, UEFA “Yuventus”un yeni rəhbərliyinin bu məsələdə geri addım atmasını gözləyir.

Bir müddət əvvəl UEFA Turin prokurorundan sənədlər tələb etmişdi. Təşkilat, həmçinin “Yuventus”un maliyyə pozuntularını da araşdırır. Bu, Avropa yarışlarında iştirakın qadağan edilməsinə səbəb ola bilər.

Aut.az

Exit mobile version