AUT.AZ

Şahin Diniyev: “Futbolçular qorxur”

“Bizim üçün axşam o qədər də xeyirli olmayacaq. Amma həyatda davam edir. Gargin oyun keçdi, 6 xala bərabər matç idi. Ən az uduzmamalı idik. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq çətindir. Son dəqiqələrdə üç hücumçu ilə oynadıq. Hələ heç nə Bitmədi. Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmaq. Ümidliyəm. Qarşıda səkkiz oyun qalıb. Bu komanda oyununa görə Premyer Liqada qalmağa layiqdir. Maksimum xallar qazanmağa çalışacağıq.

Aut.az xəbər verir ki, bu sözləri “Səbail”in başçılığı ilə Şahin Diniyev Premyer Liqanın “Kəpəz”lə (1:0) səfər görüşündən sonra mətbuat konfransında deyib. O, suallarını cavablandırıb.

– Dünən “Sumqayıt” qazanmağı bacardı. Oyuna fiziki, taktiki, yoxsa psixoloji olaraq hazırlaşmışdız?

– Daha çox psixoloji hazırlığa fikir veririk. Futbolçular uduzmaqdan qorxur. Qorxursansa, bu gələcək gələcək. Ən böyük problemimiz psixologiya ilə bağlıdır.

– Mahmud Qurbanovun vaxtında komanda qol epizodlarını dəyərlindirə bilmirdi. Bu gün də eyni problem davam edir…

– Futbolçularım haqda mənfi fikirlər səsləndirmək istəmirəm. Ustalıq səviyyəsi çatışmır. Bunu psoxologiyanın da üstünnə atmaq olar. Amma 2 metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdur. Birdən-birə nəyisə dəyişmək olmur. Səkkiz xal toplamışıq. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb mübarizə aparacağıq. Şükürlər olsun ki, ölən yoxdur. Həyat davam edir. Hər şeyin altında faktlar dayanır. Fakt da odur ki, uduzmuşuq. Xəyallarla yaşasaq, çox şey qura bilərik. Həyat reallıqdır. Reallıqla barışmaq lazımdır.

– Daha əvvəl “Kəpəz”də işləmisiz. İllər sonra rəqib kimi gəldiniz. Hansı hisslər keçirdiz?

– Həmişə demişəm ki, Gəncə azarkeşləri savadlı, futbolu biləndi. Yaxşı qarşıladılar, sağolsunlar. Bu şəhərdə futbol oynamışam, məşqçilik etmişəm. “Səbail”lə matçdan sonra “Kəpəz”dən ayrılmışdım. Bir neçə ildən sonra məhz “Səbail”lə Gəncəyə gəldim. Bu da bir təsadüfdür.

– Meydançanın ot örtüyü ilə bağlı nə deyə bilərsiz?

– Burada oynamaq olmaz. Futbolçuların ayağı yerə batırdı, hərəkət etmək olmurdu. İkinci hissədə futbolçularım dayandılar. Çünki qaça bilmirdilər. Meydança çox pis vəziyyətdədir. Futbolçuları qorumaq üçün burada oynamaq olmaz.

– Əsas oyunçuları əvəzlədiniz. Onları zədədən qorumaq üçün etdiniz?

– Bu barədə düşünmədim. Artıq ilk hissədən sonra uşaqların ayaqları getmirdi. Gözləmədiyimiz addımları atmalı idik. Ona görə də gəncləri meydana buraxdıq. Hücum potensialı olanların gücü bitmişdi. Ona görə də əvəz etdim.

– Qustavo de Fransanın oyunu sizi qane etdi?

– Bəli bu gün razı qaldım. Daha etibarlı, inamlı oynadı. Bəzi hissələrim oruc tutmuşdu. Buna görə də yorğunluq hiss olunurdu.

Exit mobile version