AUT.AZ

Sadıqov “klub dağılır” xəbərinə münasibət bildirdi

“Ximki”nin investoru Tufan Sadıqov komandanın fəaliyyətini dayandıra biləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

“Ximkinin harada oynayacağının fərqi yoxdur: RPL və ya FNL-də. Klub dağılmayacaq. Qərar ötən ilin dekabrında verilib, klubun beşillik inkişaf strategiyası və beş il üçün büdcəsi – gəlir və xərc hissələri təsdiqlənib.

Heç bir borc yoxdur, klubun mövcudluğu ilə bağlı dərhal verilən qərarlar, gündəmdə belə mövzular yoxdur”, – deyə “Match TV” Sadıqovdan sitat gətirib.

“Ximki” 13 xalla çempionatda 15-cidir. Klubun əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

Aut.az

Exit mobile version