AUT.AZ

İçəndə ona yazır ki, mənə döyüş təşkil et

Tanınmış boks promouteri, britaniyalı Eddi Hirn, həmyerlisi, İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Rune haqqında danışıb.

“Bəzi oyunçular boksda güclərini sınaya bilərlərmi? Runi döyüşə bilərdi. Mən onunla danışdım. Ueyn içəndə mənə mesaj yazır ki, bu ilə döyüşəcəm. Və bu da mənim xoşuma gəlir.

Bəzən Ueyn mesaj yazaraq konkret ad çəkir və deyir ki, onunla döyüş təşkil et. Ona belə cavab verirəm: “Bu, bir neçə stəkan qırmızı şərabdır, yoxsa ciddisən?” Cavab verməyəndə isə onu söyürəm. Amma Ueyn döyüşə bilərdi”, – Hiarn mətbuat konfransında deyib.

Aut.az

 

Exit mobile version