AUT.AZ

Haaland olmayacaq – Bəs Klopp niyə sevinmir?

Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti” ilə oyunda “şəhərlilər”in hücumçusu Erlinq Haalandın olmayacağından o qədər də məmnun deyil.

Norveçli daha əvvəl zədə səbəbindən yığmanın oyunlarını buraxıb. Aut.az xəbər verir ki, Klop fikrini belə əsaslandırıb:

“Oyuna hazırlaşdığınız zaman son ötürmədən qaçmağın yolları haqda düşünürsünüz. Amma bunu reallaşdırmaq olmur. Çünki son anda Haaland peyda olur.

O, yaxşı hücumçudur. Amma nəzərə alın ki, “Mançester Siti” , hücumçusuz çempion olub. Belə də olur. Siz heç vaxt bu komandada kimin oynayacağına 100 faiz əmin ola bilməzsiniz”.

Aut.az

Exit mobile version