AUT.AZ

Ukraynalılar boykot edəcəklər: Harada rusiyalı olarsa

Ukraynalı idmançılar Rusiya və Belarusun təmsil olunacağı beynəlxalq turnirləri boykot edəcəklər.

Aut.az xəbər verir ki, müvafiq qərarı Ukrayna Nazirlər Kabineti verib.

Qeyd olunub ki, Ukrayna idmançıları yalnız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verən yarışlarda iştirak edəcəklər.

Əgər federasiyalar bu meyarı pozarsa, ciddi cəzalarla üzləşəcəklər.

Exit mobile version