AUT.AZ

UEFA-nın ikiüzlü siyasəti: Rusiyaya söz verib ki…

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofonov Asiya Konfederasiyasına keçidlə bağlı əvvəllər niyə düşünmədikləri haqda danışıb.

Aut.az xəbər verir ki, baş katib UEFA-nın onlara ümid verdiyini bildirib:

“Ötən ilin sonunda UEFA-dan çıxmaq üçün müraciət etsəydik, onların iyulun 1-də bizi buraxmaqdan başqa çarəsi qalmazdı.

Daha sonra UEFA bizi bu sözlərlə motivasiya etdi: “Həmkarlar, biz sistem yaratmağa və Rusiyanın beynəlxalq yarışlara qayıtmasına kömək etməyə çalışacağıq. Tələsməyin, getməyin”. Biz bununla razılaşdıq və işçi qrupunun yaradılmasını təklif etdik”, – Maksim Mitrofanov bildirib.

Xatırladaq ki, Maksim Mitrofonov Rusiya futbolunun beynəlxalq yarışlara qaytarılması üzrə işçi qrupunun üzvüdür. İşçi qrupuna FİFA və UEFA nümayəndələri də daxildir.

Aut.az

Exit mobile version