AUT.AZ

UEFA-dan 100 milyon qoparda bilər – Əgər…

“Barselona” Çempionlar Liqasından kənarlaşdırılacağı təqdirdə UEFA-dan 100 milyon avro tələb edə bilər.

UEFA hazırda Neqreyranın işini araşdırır. Qurum gələn mövsüm “Barselona”nı Çempionlar Liqasından kənarlaşdırmaq qərarına gəlsə, Kataloniya klubu məhkəməyə müraciət edərək təzminat tələb edəcək.

100 milyon avroluq rəqəm “Barselona”nın Çempionlar Liqasında hər mövsüm qazandığı gəlirə əsaslanır. Üstəlik, bura UEFA-nın qərarı nəticəsində klubun itirəcəyi sponsorluq və ya məhsul gəlirləri ilə bağlı zərərlər daxildir.

Qeyd olunur ki, UEFA istənilən halda İspaniya məhkəmələri Neqreyra işi ilə bağlı qərar çıxarana qədər gözləməlidir. Əks halda “Barsa” təşkilatı məhkəməyə verə bilər.

Aut.az

Exit mobile version