AUT.AZ

Teymur Rəcəbov Messi ilə bağlı fikrini dəyişdi

“Lionel Messi tarixin ən böyük futbolçusudur”.

Aut.az xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov “championat.com” saytına müsahibəsində deyib.

O, Argentina millisinin kapitanını portuqaliyalı ulduz Kriştiano Ronaldu ilə müqayisə edib.

Qrossmeyster 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının bu baxımdan həlledici olduğunu düşünür:

 “Dünya çempionluğunu qazanandan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Mundialdan əvvəl Ronaldoya üstünlük verirdim.

Lakin Argentina finalda Fransaya qalib gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi”.

Exit mobile version