AUT.AZ

Dünya çempionu təcavüzdə ittiham olunur

İspaniya “Sevilya”sının və Argentina millisinin müdafiəçisi Qonsalo Montiel qrup halında zorlamada ittiham olunur.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Martın 30-da Argentina ədliyyə sistemində ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb. Məlumata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri Montieldir.

Qeyd olunur ki, hadisə 2019-cu il yanvarın 1-də futbolçunun ad günündə, yaşadığı evdə baş verib. Zorakılığın qurbanı Montiel ilə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla futbolçunun ətrafı tərəfindən hədələnib.

Montiel 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin qalib gəldiyi final görüşü də daxil olmaqla dörd oyun keçirib.

Aut.az

Exit mobile version